Murad Dadaşov onları “Xəzər”dən kənarlaşdırdı

Tural İbadlı Maraqlı 29 avqust 2020
0
Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi “Xəzər TV"də bir neçə dəyişiklik baş tutub.
"NewsCafe" axşam.az-a istinadən xəbər verir ki, bəzi tanınmış teleaparıcıların kanaldakı fəaliyyətinə son verilib.
Onlardan biri Zaur Kamaldır. Zaur bundan sonra “Xəzər”in nəzdində fəaliyyət göstərən “Dalğa TV"də tamaşaçıların görüşünə gələcək.
Mart ayından aparıcısı olduğu veriliş bağlanan prodüser Tarix Əliyev də (Tolik) yeni mövsümdən “Dalğa TV"də efirə çıxacaq.
“Xəzər”in efirindən qaldırılan digər bir layihə isə aşpaz Ağakərim Əbülfəzoğlunun “Anamın yeməyindən yoxdur” proqramıdır. Bu veriliş də “Dalğa TV"də yayıma başlayacaq.
Oxşar xəbərlər
Təqvim
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31