Vüqar Biləcərili ölümündən öncə xəstə qızın müalicəsinə yardım edib

Tural İbadlı Maraqlı 01 sentyabr 2020
0

Bir neçə gün öncə dünyasını dəyişən meyxanaçı Vüqar Biləcərili ilə bağlı maraqlı fakt ortaya çıxıb. “NewsCafe” xəbər verir ki, bu barədə jurnalist Anar Məmmədov öz facebook hesabında yazıb.

A.Məmmədovun sözlərinə görə, V.Biləcərili ölümündən bir neçə gün öncə balaca Nərminin sağalması üçün yardım edib:

“Bir aya yaxındı balaca Nəsrin üçün pul toplayıram. Bir az əvvəl öyrəndim ki, bir neçə gün əvvəl rəhmətə gedən meyxana ustası Vüqar Biləcərili ölüm ayağında olsa da, Nəsrinin sağalması üçün 200 manat göndərib. Allah rəhmət eləsin!”

Xatırladaq ki, xroniki Qranulamatoz diaqnozu qoyulan 3 yaşlı Nəsrin Qurbanzadə təcili əməliyyat olunmalıdır. Uşağın atası Cəsarət Qurbanov bildirir ki, qızı Nəsrinə Xroniki Qranulamatoz diaqnozu qoyulub və təcili sümük iliyi köçürülməlidir.

"4 aya yaxın vərəm disponserində yatıb, o xəstəlikdən sağalıb. İndi də Xroniki Qranulamatoz xəstəliyi ilə mübarizə aparırıq. Qızım əməliyyat olunmalıdır, sümük iliyi köçürülməlidir. Bu əməliyyat da Türkiyədə olunmalıdır. Çünki, donor orada tapılıb, təxminən 100 min manat pul lazımdır. Mənim də buna imkanım yoxdu, bu vaxta qədər 70 min manata yaxın vəsait xərcləmişik”.

Cəsarət Qurbanov deyib ki, 3 yaşlı qızı hal-hazırda talasemiya xəstəxanasında pullu müalicə alır: "Dərmanları da olduqca bahadır. 5 qutusuna 10 min manat verib xaricdən gətizdirmişəm. Bizə demişdilər ki, bu dərmanla sağala bilər ancaq, sağalmadı. İndi məcburi hal alıb. Onun üçün də 100 minə yaxın pul lazımdır”.

Nəsrinə dəstək olmaq üçün:

Milli Ön və Bank of Baku-nun ödəniş terminalları vasitəsilə

Bank of Baku:

Müştərinin kodu: 255 425

Doğum tarixi: 03-08-1981

Ad: Qurbanov Cəsarət Fəyyaz oğlu

Hesab: 4203822141042311

Kartın bitmə tarixi: 07/21




Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930