Azərbaycanlı alim Ramiz Mehdiyevə cavab verib: “Avazın yaxşı gəlir, oxuduğun Quran olsa”

Tural İbadlı Elm-Təhsil | Sosial 02 sentyabr 2020
“Sizcə, indi oturub bir elm məbədinin, yəni AMEA-nın rəsmi saytını şəxsi məqsədlər üçün istifadə edirsinizsə, məişət məsələsinin alətinə çevirirsinizsə, “mənəm mənəmlik” eqoizminə söykənən bəyanatları elmi müzakirələrdən üstün tutursunuzsa, - bu, dünən Azərbaycan Respublikası Prezidenti Administrasının rəhbəri olduğunuz vaxtda - müstəsna səlahiyyət sahibi kimi, həmin vəzifənin maksimim imkanlarını öz mənafeyizə uyğun xərcləməyinizə dəlalət etmirmi?!”
NewsCafe” xəbər verir ki, bunu tanınmış tarixçi-alim Yəhya Babanlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin ötən gün yazdığı yazıya cavab olaraq deyib.
Y.Babanlı akademikin cavabını belə verir:
“Mən Sizin imzanızla çıxan yazıların, məqalələrin və kitabların, müsahibə və münasibətlərin əksəriyyəti ilə yaxından tanışam.
Açıq deyim ki, olduqca maraqlı, bəlağətli, orijinal - fundamental və ideoloji xarakter daşıyır.
Amma nəzəriyyədən praktikaya gəlincə görünən odur ki, bunlar yalnız və yalnız “rəf”lər üçün nəzərdə tutulub.
Çünki, bu tarixə adını həkk etdirmək məqsədilə seçilmiş ideal variantın məhsuludur. Gələcəkdə “Sudan quru çıxmaq” üçün əla vasitədir.
Məsələn,
2009-cu ildə “Azərbaycan” qəzetində dərc olunmuş “AZƏRBAYCANIN EFİR MƏKANI: PROBLEMLƏR VƏ VƏZİFƏLƏR” adlı sanballı məqalənizdə dövlətçilik baxımından gərəkli mövqe nümayiş etdirirdiniz!
Ancaq çi fayda, - Nəticə sıfır. Problemi bilib, görüb həll etməməyin elə özü ikiqat məsuliyyətdir və məsələyə yanaşmanın “Şah əsəri”dir.
Aşkar deyin görək, o dövrüdə məhz qeyd edilən nöqsanlara vəsilə olan bütün KİV rəhbərlərinin - “Azərbaycan elitasının” geniş müzakirə etdiyi həmin vurğuladığınız problemlərin aradan qaldırılmasına, yəni, bu istiqamətdə vəzifələrin həyata keçirilməsinə kim mane olurdu və nə üçün?!
Yoxsa, bu yanaşma Sovet nomenklaturası olaraq, “Tazıya deyir tut, Dovşana deyir qaç” prinsipini əks etdirirdi!
Bir necə ay bundan əvvəl şanlı Azərbaycan Xalq Cümhuriyyətini, onun şərəfli varislərini aşağılayan verilişlər, yazılar KİV bürümüşdü.
Rəhbəri olduğunuz AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu bəs niyə münasibət bildirmirdi?!
Sizə ünvanladığım layihə-təklifi mənimsənilməsi Sizin bu illər ərzində dürst fəaliyyətinizin göstəricisidirmi?!
Nəyə görə idealoq kimi, bu institut mənim müraciətimdən sonra gündəmə gəldi və 25 il ərzində bunu düşünmədiniz?!
Prezident İlham Əliyev: Ümumiyyətlə, Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var”.
Kim nəzarət edib bu sahəyə və günahkar kimdir?!
Qeyd:
Son müraciət məqalənizdəki dəst-xətt kimə məxsus olduğu açıq-aşkar bəllidir.
Əfsus ki, özünü ziyalı sayanlar, dövlətin imtiyaz və immunitetindən eninə-boluna bəhrələnənlər gərək doğru-düzgün istiqamətdə olsunlar. Böyük Heydər Əliyevin dediyi kimi, onlar öz “mövqeyin bildirməlidir”lər.
Unutmasınlar ki, Akademik elmi addır. Bu adı vicdanla daşımaq üçün dövlət və xalqa xidmət etmək şərəf borcundur!
Akademiyanın Prezidenti, dövlətin Prezidenti demək deyil.
Unutmayaq:
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının
“Dövlət qulluğu və kadr siyasəti” kafedrasına
Yarandığı vaxtdan indiyədək kafedraya görkəmli alim və dövlət xadimi, fəlsəfə e.d, prof., AMEA-nın prezidenti akademik Ramiz Ənvər oğlu Mehdiyev rəhbərlik edir.
Elmi inkişafımız kimi, Kadr təminatımızda hələ ondan birbaşa asılıdır.”.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930