Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb

Daxili xəbərlər | Sosial 18 sentyabr 2020
0

Müsavat Partiyasının fəalı Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb.

"NewsCafe" xəbər verir ki, bu barədə “Report”a həkim Adil Qeybulla bildirib.

Onun sözlərinə görə, hazırda T.Yaqublu qida qəbul eləməyə başlayıb: “Tofiq Yaqublunun səhhəti yaxşıdır. Aclıq aksiyasını dayandırıb. Vəziyyətinə baxaq ya bu gün, ya da sahab evə buraxılacaq”.

Qeyd edək ki, Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Şikayət həmin hökmdən verilib.

İttihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və onun yanında olan həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib.

O, ittihamları qəbul etmədiyini bildirir.

T.Yaqublu 17 gündür aclıq aksiyası keçirir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.

Bu gün Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə T.Yaqublu barədə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib.

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930