“AzerGold”un istiqrazlarına tələb təklifi 3 dəfəyə yaxın üstələyib

Maliyyə-Biznes | Sosial 24 sentyabr 2020
0


Bu gün “Bakı Fond Birjası” QSC-də “AzerGold” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Newscafe” xəbər verir ki, hərraca hər birinin nominal dəyəri 100 ABŞ dolları olan 100 min ədəd faizli, təmin edilməmiş sənədsiz, adlı istiqraz (10 milyon dollarlıq) çıxarılıb.

İstiqrazlara 40 investor qiymət intervalı 100 ABŞ dolları (4.00%) və 102,8587 ABŞ dolları (3.00%) olan 88 sifariş təqdim edib.

Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100,81 ABŞ dolları (3,71%), orta ölçülmüş qiyməti isə  101,7493 ABŞ dolları (3,38%) müəyyən edilib.

ifarişlərin nominal qiymətlə ümumi məbləği 25 592 600 ABŞ dolları təşkil edib. Son nəticədə istiqrazların hamısı yerləşdirilib.

 

 

 

 

 

 

Report

Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930