Azərbaycanda məhkəmə sədrinə töhmət verildi

Daxili xəbərlər | Sosial 24 sentyabr 2020
0

Məhkəmə-Hüquq Şurasının iclası keçirilib.
Bu barədə "NewsCafe"yə Şuradan məlumat verilib.
Bildirilib ki, Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən işlər, mühüm qanunvericilik və institusional tədbirlər qeyd olunub.
İclasda hakimlər barədə intizam icraatlarına da baxılıb. Şura tərəfindən məhkəmələrdə işlərin bölüşdürülməsinin monitorinqi zamanı aşkar edilmiş pozuntulara görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin sədri Kəramət Əliyevə irad tutulub, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova töhmət verilib. Eyni zamanda icraatda olan daha 4 hakim barədə intizam işlərinə Şuranın növbəti iclaslarında baxılacaq.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930