Birinci vitse-prezident "Instagram"da Cəbrayılla bağlı paylaşım edib

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi | Sosial 04 oktyabr 2020
0
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Azərbaycan Ordusunun Cəbrayıl şəhəri və bir neçə kəndi işğaldan azad etməsi münasibətilə "Instagram"da paylaşım edib.
"NewsCafe" xəbər verir ki, Mehriban Əliyeva sosial şəbəkə hesabında Prezident Ali Baş Komandan İlham Əliyevin Azərbaycan Ordusunun uğuru ilə bağlı "Twitter" statusunu paylaşıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Twitter"də bu gün işğaldan azad edilən ərazilərlə bağlı paylaşım edib.
Dövlət başçısı yazıb:
"Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!"
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031