Mehriban Əliyeva: "Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun!"

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 18 oktyabr 2020
0
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndlərinin işğaldan azad edilməsi ilə bağlı paylaşım edib.
"NewsCafe"nin xəbərinə görə, paylaşımda deyilir:
"Azərbaycan ordusunun növbəti qələbəsi! Füzuli şəhəri və Füzuli rayonunun bir sıra kəndləri işğaldan azad edilib. İllər boyu bir çox soydaşımız Vətən həsrəti ilə yaşayıb! Nə qədər həmvətənimiz doğma diyarını heç olmasa bir dəfə də olsun yenidən görmək arzusunda idi! Bu gün bizim ordumuz əzəli Azərbaycan torpaqlarını işğaldan azad etməklə milyonlarla azərbaycanlının arzularını həyata keçirir.
Bu, ədalətin təntənəsidir! Ona görə ki, bu yerlər bizim doğma torpaqlarımızdır, əcdadlarımızın torpaqlarıdır. Hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı və sağlamlığı üçün dua edirəm. Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!", - deyə o yazıb.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031