Emin Hüseynov: “Dünya mediası Ermənistanın əsl simasını görməyə başlayıb”

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi | Sosial 24 oktyabr 2020
0
"Azərbaycan öz ərazilərini işğaldan azad edir".
NewsCafe” xəbər verir ki, bunu I vitse-prezident Mehriban Əliyevanın köməkçisi Emin Hüseynov bildirib.
O, döyüşlərin Azərbaycan ərazisində xarici hərbi qüvvələrə qarşı aparıldığını qeyd edib: “Biz mülki əhali ilə mübarizə aparmırıq. Biz öz torpaqlarımızda başqa millətlərdən olan hərbi qüvvələrlə mübarizə aparırıq. Bu qədər bəsit”.
I vitse-prezidentin köməkçisi həmçinin Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın “Deutche Welle” nəşrinə müsahibəsindən bir hissəni paylaşaraq bildirib ki, artıq dünya mediası Ermənistanın əsl aqressor simasını görməyə başlayıb. Qeyd edək ki, həmin müsahibədə jurnalist Avropa Xarici Əlaqələr Şurasının rəyinə görə Rusiya anlaqsız və kompromisə getməyi bacarmayan Ermənistanı dəstəkləməkdən yorulduğunu qeyd edib, buna Nazirdən münasibət öyrənmək istəyir. Z. Mnatsakanyan isə həmin faktı inkar edərək Rusiya ilə yaxşı əlaqələrinin olmasını iddia edib.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031