Lənkəran şəhəri, Cəlilabad və Masallı rayonlarına giriş-çıxış dayandırılır

Tural İbadlı Daxili xəbərlər | Sosial 28 oktyabr 2020
0
Ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Lənkəran şəhərində, Cəlilabad Masallı rayonlarında yüksək yoluxma faktları aşkar olunub.
Bu barədə “NewsCafe”yə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, bu səbəbdən 29 oktyabr saat 00:00-dan etibarən Lənkəran şəhəri, Cəlilabad Masallı rayonlarına operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.
Qeyd edək ki, bundan əvvəl operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhəri, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın Kürkəndi kəndləri, Şəki şəhəri və Kiş kəndi, Lənkəran rayonunun Şağlaküçə Şıxəkəran kəndləri, Quba şəhəri, Quba rayonunun Rustov Zərdabi kəndləri, Mingəçevir şəhəri, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına giriş-çıxış dayandırılmışdı.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031