Separatçıların lideri: "Azərbaycan Ordusu Şuşanın 5 kilometrliyindədir"

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi 29 oktyabr 2020
0
Azərbaycan Ordusunun bir aydan çoxdur başlatdığı əks-hücum əməliyyatları düşməni ağ bayraq qaldırmağa məcbur edir.
"NewsCafe" xəbər verir ki, artıq Dağlıq Qarabağdakı separatçıların lideri Araik Aratunyan əvvəlki ritorikasından əl çəkərək məğlub olduqlarını etiraf etməyə başlayıb.
Separatçıbaşı bu gün videomüraciətində Azərbaycan Ordusunun Şuşanın 5 kilometrliyində olduğunu açıqlayıb.
Qeyd edək ki, Ermənistan rəhbərliyi daha əvvəl döyüşçülərin Azərbaycanın işğal olunmuş ərazilərindən qaçmasını "taktiki geriçəkilmə" kimi əsaslandırmışdı. Lakin sonrakı proseslər, habelə baş nazir Nikol Paşinyanın etirafları düşmənin döyüş meydanından qaçdığını sübuta yetirdi.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031