“Araz” supermarketin rəhbəri həbs edilib - Polisə tabe olmadığı üçün

Tural İbadlı Əməliyyat-axtarış 03 noyabr 2020
0
“Araz” supermarketin rəhbəri həbs edilib - Polisə tabe olmadığı üçün
Daxili İşlər Nazirliyinin Bakıda koronavirus pandemiyasının yayılmasının qarşısını almaq üçün keçirdiyi redylərdən biri zamanı “Araz” supermarketin administratoru polisin qanuni tələbinə tabe olmadığı üçün həbs edilib.
"NewsCafe" xəbər verir ki, bir neçə gün öncə Bakı şəhəri İcra hakimiyyəti, Yasamal rayon icra hakimiyyəti və Yasamal RPİ-nin 27-ci Polis Bölməsi əməkdaşları tərəfindən birgə reyd keçirilər zaman Yasamal rayonu, M.Naxçıvani küçəsində yerləşən “Araz” supermarketdə həmin supermarketin administratorunun tibbi maskadan istifadə etmədiyi, maskanı çənəsinə taxdığı, həmin supermarketdə müştərilərinin tibbi maskada olmadan marketə buraxıldığı müəyyən olunub. Buna görə də polis əməkdaşları administratordan şəxsiyyətini təsdiq edən sənəd istənilib. O isə şəxsiyyəti barədə sənədi və məlumatları təqdim etməkdən imtina edərək polislə mübahisə edərək səs küy salıb. Polis əməkdaşları ona iradlarını bildirib, lakin o polislərə məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib. Polislərin qanuni tələblərinə tabe olmadığı üçün həmin yerə digər polis əməkdaşları köməyə çağırılıb və administrator polis bölməsinə aparılıb.
Bununla da polis əməkdaşlarının ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələblərinə tabe olmayıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2 və 535.1-ci maddələri protokol tərtib olunub.
“Araz” supermarketinin administratoru məhkəməyə verdiyi izahatında bildirib ki, mağazanın içərisində işçi ilə söhbət edən zaman tibbi maskanı düzgün istifadə etmədiyindən polis əməkdaşları və icra nümayəndələri ona yaxınlaşıblar: “Covid-19-un yarada biləcəyi təhlükə ilə bağlı məni məlumatlandırdılar və müştərilərin də maskadan düzgün istifadə etmədiklərini və mağazadan içəri girməklərinin qadağan olduqlarını bildirdilər və mənim barəmdə protokol tərtib olunacağını bildirdilər. Və məndən ad, soyad, ata adı verməyimi xahiş etdilər.
Protokolda yazılan cərimənin ödənilməsi ilə bağlı yaranan maddi durumun yaxşı olmaması ilə və mağazada rəhbərliyin mənə tutacağı iradla bağlı ad soyadımı və ata adımı polis əməkdaşlarına təqdim etmədim. Dəfələrlə polisin deməsinə baxmayaraq işimdə yaranacag narazıçılıqla bağlı ad, soyad və ata adını verməkdən yayındım. Mən ailəliyəm, himayəmdə iki azyaşlı övladım var, anam və qardaşım da işləmədiyindən onlara da mən baxdığımdan və bu işdən çıxardıqları təqdirdə onlara baxa bilməyəcəyimdən protokol yazılmamağını istədim. Polis əməkdaşları məni PB-nə dəvət edərək gətirdilər. Qapalı məkanda tibbi maska istifadə etmədiyimdən və polis əməkdaşlarına özümü təqdim etmədiyimə görə səmimi peşmanam, bu hərəkətimin səbəbi isə ailəmin yeganə gəlir mənbəyi mənim işimin olmasıdır. Cəriməni ödəməyə hazıram”.
Hakim Hüseyn Səfərovun qərar ilə “Araz” supermarketin administratoru İnzibati Xətalar Məcəlləsinin 211.2, 535.1-ci maddələri ilə təqsirli bilinərək, 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Məhkəmənin qərarında onun dərhal həbsdən azad edilməsi də qeyd olunub.
@Mubahise.az
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30