Qurban Qurbanovun oğlu milli komandaya dəvət aldı

Tural İbadlı Futbol 06 noyabr 2020
0

 Azərbaycan yığmasının Sloveniya ilə yoldaşlıq, UEFA Millətlər Liqasında isə Monteneqro və Lüksemburqa qarşı oyunları üçün açıqlanan heyətində yeni futbolçular yer alıb.

"NewsCafe" xəbər verir ki, "Qarabağ"ın hücumçusu Musa Qurbanlı, "Neftçi"nin müdafiəçisi Mert Çelik və "Sumqayıt"dan Xəyal Nəcəfov ilk dəfə milli komandaya çağırılıblar.

Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Xatırladaq ki, Azərbaycan millisi noyabrın 11-də Lyublyanada Sloveniya ilə qarşılaşacaq. Yığma noyabrın 14-də və 17-də UEFA Millətlər Liqasının qrup mərhələsində müvafiq olaraq Monteneqro və Lüksemburqla üz-üzə gələcək.

Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30