BNA: Hazırda bu yollarda sıxlıq var

Tural İbadlı İnfrastruktur 12 noyabr 2020
0
BNA: Hazırda bu yollarda sıxlıq var
Hazırda bir sıra küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. “NewsCafe” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.
M.Ağayevin sözlərinə görə, 14 müxtəlif istiqamətdə sıxlıq mövcuddur. Onlar Bakı-Sumqayıt şossesi-20 Yanvar dairəsi, K.Rəhimov küçəsi-hər iki istiqamət, Z.Əliyeva küçəsi, Y.Səfərov küçəsi-H.Əliyev prospekti istiqaməti, Ü.Hacıbəyov küçəsi, H.Əliyev prospekti əsas yol "Koroğlu" m/st-sı istiqaməti, M.Hadi küçəsi "Əhmədli" m/st-sı istiqaməti, Z.Bünyadov prospekti hər iki istiqamət, A.Salamzadə küçəsi hər iki istiqamət, R.Behbudov küçəsi, Tbilisi prospekti hər iki istiqamət, Binəqədi şossesi-Binəqədi istiqaməti və Azneft dairəsidir.
Məlumat üçün qeyd edim ki, yollardalı sıxlıq müxtəlif istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalına da mənfi təsir etməkdədir.
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30