Ermənistan ordusunun Azərbaycana vurduğu ziyan qiymətləndirilir

Dağlıq Qarabağ münaqişəsi | Sosial 13 noyabr 2020
0

 


Prezident İlham Əliyevin noyabrın 6-da imzaladığı, "Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında" sərəncama uyğun olaraq Dövlət Komissiyası və müxtəlif regionlar üzrə 9 işçi qrupu yaradılıb. Həmin qruplar artıq yerlərdə işə başlayıb.

“NewsCafe” işçi qruplarının bəziləri ilə əlaqə saxlayaraq işlərin gedişi ilə maraqlanıb.

Tərtər üzrə İşçi Qrupun rəhbəri Qubad Heydərov: "Dünəndən Tərtərdəyik. Bu rayon Ermənistanın təcavüzündən ən çox ziyan çəkmiş yerlərdəndir. Fərdi evlərə, dövlət qurumlarının binalarına böyük ziyan dəyb. Hələ ki, ilkin baxışlar keçirilir. Çalışacağıq ki, işimizi sərəncama uyğun olaraq dekabrın 10-a qədər yekunlaşdıraq. Gündəlik Nazirlər Kabinetinə hesabatlar təqdim edəcəyik. Artıq bu gündən məlumatlar toplanır. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") portal yaradacaq və həmin portalda erməni təcavüzündən ziyan dəymiş bütün rayonlarla bağlı məlumatlar yerləşdiriləcək”.

Beyləqan üzrə İşçi Qrupun rəhbəri Samir Sahhüseynli: "Dünəndən Beyləqandayıq. Sərəncamla bağlı lazımi göstərişlər verilib və koordinasiya müəyyən edilib. 15 yerdə baxış keçirmişik. Baxış aktlarını tərtib edirik. Bizim məlumatlar aidiyyatı strukturlara veriləcək və bundan sonra ilkin varianta onlar baxacaq. Beyləqanda əsasən yaşayış yerlərinə ziyan dəyib. Hesab edirəm ki, 65-70 sayda ziyan dəymiş yerlər var”.

Tərtər və Beyləqanla yanaşı, işçi qrupları Gəncə, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Goranboy, Naftalan və Mingəçevridə də fəaliyyət göstərir.

 

 

 

 

Report

Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30