Yerevana daha 20 təyyarə sülhməramlı gətirildi

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi 16 noyabr 2020
0
15-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu daha iki “An-124” və 18 “İl-76” tipli hərbi nəqliyyat təyyarəsi Yerevan hava limanına enib.
NewsCafe” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik əlavə edib ki, gün ərzində Rusiyanın hərbi təyyarələri ilə 58 avadanlıq - zirehli personal daşıyıcı, yük maşınları, tankerlər, ekskavatorlar və digər maddi-texniki avadanlıqlar Ermənistana gətirilib.
Daha əvvəl Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin 1 960 sayda odlu silahlı hərbi qulluqçudan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacağı bildirilmişdi.
@Report
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30