Hacıqabulda fermada yanğın olub

Tural İbadlı Qəza | Sosial 13 yanvar 2021
0
Hacıqabul rayonunda fermada yanğın hadisəsi baş verib.
Bu barədə "NewsCafe"yə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, rayonun Birinci Meyniman kəndində fermanın ərazisində ümumi sahəsi 840 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə və damına yığılan 12 ton ot bağlaması yanıb.
Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031