"AmrahBank"ın sahibinin oğlunun həbs müddəti uzadılıb

Tural İbadlı Əməliyyat-axtarış 27 yanvar 2021
0
Səbail Rayon Məhkəməsində "AmrahBank"ın Müşahidə Şurasının və "AmrahSığorta”nın Direktorlar Şurasının üzvü Ülvi İldırımzadənin barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
NewsCafe” "Report"a istinadən xəbər verir ki, hakim Mədinə Bağırovanın sədrlik etdiyi iclasda qərar elan edilib.
Qərara əsasən, təqdimat təmin olunub.
Qeyd edək ki, Ü.İldırımzadə xüsusilə külli miqdarda (500 min manatdan artıq) mənimsəmə, vəzifə saxtakarlığında ittiham edilir.
Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən “AmrahBank” ASC-nin lisenziyası ləğv edilib.
Xatırladaq ki, Ü.İldırımzadə "AmrahBank"ın sahibi Yunis İldırımzadənin oğludur.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031