lham Əliyev və Mehriban Əliyeva Yasamalda yeni salınan meşə tipli parkın açılışında iştirak ediblər

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 01 fevral 2021
0
Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə tipli parkın açılışında da iştirak ediblər.
"NewsCafe" xəbər verir ki, dövlət başçısı və birinci xanım parkda yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, dövlət başçısının tapşırığına əsasən salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə bu ərazi bəzi adamlar tərəfindən zəbt olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət fonduna qaytarılıb.
Yeni salınan parkda yaşıllıq zonası ərazinin 70 faizindən çoxunu əhatə edir.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728