Ziya Məmmədov Kəmaləddin Heydərov haqqında: "Hərənin bir dövranı var"

Tural İbadlı Maraqlı 05 fevral 2021
0
Sabiq Nəqliyyat naziri Ziya Məmmədov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla münasibətləri barədə yayılan xəbərlərə aydınlıq gətirib.
"NewsCafe" xəbər verir ki, Z.Məmmədov Unikal.org-a açıqlamasında K.Heydərovdan bəzən incidiyini də bildirib:
"Mən Kəmaləddin Heydərovla yaxın münasibətdə olmuşam. Hərənin bir dövranı var. Hər şeyi Allah görür. Bütün yer üzünü, kainatı görən Allahdır. Ona görə də, hərəyə bir xüsusiyyət verib. Mən Kəmaləddini çox istədiyim üçün, heç vaxt ona qarşı pis addım atmamışam. Bizim dostluq münasibətimiz korlanmayıb. Sadəcə iş prosesində müəyyən narazılıqlar ola bilər. Hər ikimiz məsul vəzifədə olduğumuz üçün müəyyən işlər barədə məsləhətləşmələr aparırdıq. Təbii ki, müəyyən məsələlərdə fikir ayrılığı da ola bilər. Aramızda inciklik də ola bilərdi. Hamı bilir ki, mən heç kəsə zərrə qədər də pislik etməmişəm. Sağ olsun pandemiya insanları tərbiyələşdirir, mehribanlaşdırır. Ona görə də mənim münasibətim ona qarşı normaldır".
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728