"ASAN xidmət"in mərkəz direktoru “AzinTelekom”un rəhbərliyinə gətirilib

Tural İbadlı HiTech | Sosial 08 fevral 2021
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzinTelekom” MMC-nin rəhbərliyində təyinat olub.
NewsCafe”nin əldə etdiyi məlumata görə, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Nazirin əmrinə əsasən Tağı Tağı-zadə “AzinTelekom”un direktoru vəzifəsinin müvəqqəti icraçısı təyin edilib.
Qeyd edək ki, T.Tağı-zadə bu təyinatdan əvvəl Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru olub.
Qeyd edək ki, 32 yaşlı T.Tağı-zadə 2018-ci ildən bu vəzifəni icra edir. O, daha əvvəl 2016-cı ildən 2018-ci ilə qədər “İnnovasiyalar Mərkəzi” MMC-nin direktor müavini olub.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728