Qarabağda regional radio açılacaq

Tural İbadlı HiTech | Sosial 08 fevral 2021
Milli Televiziya Radio Şurasının (MTRŞ) video formatda iclası keçirilib.
MTRŞ-dan "NewsCafe"yə bildirilib ki, iclasda işğaldan azad olunmuş ərazilərdə radio yayımın təşkili məsələləri müzakirə olunub.
İşğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə əlaqədar Şuşa şəhərində yerləşən Radio Televiziya Yayım Stansiyası (RTYS) vasitəsilə ümumölkə radio kanallarının (“Xəzər” radiosu, “Azad Azərbaycan” radiosu, “100.5 FM - Fərqli radio”, “Avto FM” radiosu, “Araz” radiosu, “Space” radiosu, “Radio Antenn”, “Media FM” radiosu) Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımının təşkil olunması barədə qərar qəbul edilib.
İclasda həmçinin, Dağlıq Qarabağ və ətraf ərazilər yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə 10 fevral 2021-ci il tarixdən 12 mart 2021-ci il tarixədək müsabiqə elan edilib.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728