Lavrov nikahdankənar oğlunun olması iddialarına aydınlıq gətirib

Xarici xəbərlər | Sosial 12 fevral 2021
0

Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Solovyov LIVE” yutub kanalına müsahibəsində nikahdankənar oğlunun olması barədə sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirib.
“Newscafe” xəbər verir ki, o, bununla bağlı məlumatları bəzi insanların yaydığını deyib.
“Bəzən “xoşniyyətli” insanlar diqqəti özlərinə cəlb etmək istəyirlər. Məsələn, 6-7 ay əvvəl mənə bir reportaj təqdim etdilər. Guya mənim nikahdankənar oğlum Rusiya Xarici İşlər Nazirliyinin təsərrüfat bölməsində işləyir”, - XİN başçısı qeyd edib.
S.Lavrov daha sonra zarafatla əlavə edib: “Ancaq nədənsə, atasının yanına gəlmir. Yəqin, yaxşı qazanır”.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728