AQTA un məmulatlarının satışı ilə məşğul olan obyektlərdə yoxlama keçirib

Tural İbadlı Sosial təminat | Sosial 16 fevral 2021
0
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Bu barədə "Newscafe"yə AQTA-dan məlumat verilib.
Agentliyin əməkdaşları tərəfindən Şəki şəhəri, S. Rəhman küçəsində yerləşən un məmulatlarının satışı ilə məşğul olan obyektlərdə yoxlama keçirilib.
Keçirilən yoxlama zamanı istifadə olunan bitki yağlarının keyfiyyəti ilə bağlı araşdırma aparılıb. Həmin yağların istehlaka yararlı olub-olmamasının qiymətləndirilməsi məqsədilə "Testo 270" cihazı ilə oksidləşmə dərəcəsinə nəzarət edilib. Aparılan araşdırmalar zamanı baxış keçirilmiş 6 obyektdən 3-də istifadə olunan yağların dəfələrlə istifadə olunduğu, keyfiyyətinin normalara cavab vermədiyi aşkar olunduğundan yerindəcə məhv edilib, qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb. Eyni zamanda sahibkarlara qanunvericiliyin tələbləri izah edilib. AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728