“Azərişıq” Qarabağın elektrik enerjisi ilə təchizatını yaxşılaşdırır

Tural İbadlı Energetika | Sosial 17 fevral 2021
0
Prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirir.
"NewsCafe" xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, artıq Cəbrayıl, ZəngilanQubadlı rayonlarındakı, eləcə də Xocavənd rayonunun Hadrut qəsəbəsindəki xüsusi dövlət əhəmiyyətli binalar, həmçinin Şuşa şəhəri yeni çəkilən elektrik veriliş xətti ilə ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunub.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728