Əbülfəs Qarayev ölkədən çıxışına qadağa qoyulması ilə bağlı iddialara cavab verdi

Tural İbadlı Maraqlı 18 fevral 2021
0
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məlumat yayılıb.
"NewsCafe" xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Ə.Qarayev yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib:
“Mənim harasa getmək niyyətim yoxdur. Oturmuşam evdə, elmi işlərlə məşğulam. Ölkədən çıxmağıma heç bir məhdudiyyət qoyulmayıb. Biz hüquqi dövlətdə yaşayırıq. Hər hansı bir məhkəmə qərarı olarsa, mənə cərimə yazılarsa, ondan sonra məsuliyyət daşıyacam. Mən 26 il nazir işləyib, dövlət üçün çalışmışam. Prezidentin, xalqın yolunda çalışmışam. Bu dövrdə nə edə bilmişəmsə etmişəm. Nə edə bilməmişəm, harda da səhvlərim olubsa, günahını daşıyıram”.
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728