deputat: "İstərdim, “uşaqpulu” 18 yaşadək olsun, amma söhbət imkandan gedir"

Tural İbadlı Sosial təminat 28 fevral 2021
0
“İstərdim, “uşaqpulu” 18 yaşadək olsun, amma söhbət imkandan gedir... Mən deyim ki, “18 yaşadək uşaqlara “uşaqpulu” verilməlidir”. Sosial şəbəkədə əl çalacaqlar. Bu, populizmdir, bizə lazım deyil”.
"NewsCafe"
​nin ​​​xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov qeyd edib ki, belə məsələlərdə reallıqdan çıxış etmək lazımdır: “Dövlətin gücünə uyğun addım atılmalıdır. Hesab edirəm ki, bir nömrəli məsələ Qarabağın bərpası ilə bağlı işlərdir. Düşünürəm, dövlətin 0-3 yaş uşaqlara “uşaqpulu” vermək imkanı var. Dövlət büdcəsində neftin qiyməti 40 dollardan hesablanıb. Hazırda neftin qiyməti 66-67 dollardır...”
@Pravda.az
Oxşar xəbərlər
Təqvim
«    Fevral 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728