"Keşlə" Futbol Klubunun rəhbəri 1 milyon manatlıq şirkət yaradıb

Tural İbadlı Maliyyə-Biznes | Sosial 02 mart 2021
0
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Səmayə Logistic" MMC-ni dövlət qeydiyyatına alıb.
NewsCafe” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkət dövlətə məxsus Bakı İdman Sarayının yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 26A ünvanında qeydiyyatdan keçib.
Kommersiya qurumunun nizamnamə kapitalı 1 milyon manat, qanuni təmsilçisi isə Vasib Böyükağa oğlu Zərbəliyevdir.
Xatırladaq ki, sözügedən ünvanda həm də Azərbaycan Futzal Federasiyasının prezidenti, eləcə də "Keşlə" Futbol Klubunun Müşahidə Şurasının sədri Zaur Axundovun şirkəti kimi tanınan "Səmayə Co LTD" MMC fəaliyyət göstərir. Bu şirkətin də direktoru V.Zərbəliyevdir.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031