Prezident Elxan Məmmədovun qardaşına vəzifə verdi

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 18 mart 2021
0
Emin Səlhab oğlu Məmmədov Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri təyin edilib.
"NewsCafe"nin xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Məmmədov Emin Səlhab oğlu 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
O, ötən il Mədəniyyət Nazirliyinin rəhbərliyinin müvafiq əmri ilə Azərbaycan mədəniyyətinin təbliğində və inkişafında səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
E.Məmmədov Azərbaycanda və Avropanın bir sıra ölkələrində çoxsaylı sərgilərin keçirilməsinə rəhbərlik edib.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli Sərəncamına əsasən Azərbaycanın ictimai və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Emin Məmmədov 2020-ci ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib.
Qeyd edək ki, E. Məmmədov AFFA-nın baş katibi Elxan Məmmədovun qardaşıdır.
Oxşar xəbərlər
Təqvim
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031