Dövlət Məşğulluq Agentliyi 1400 baş toğlu ilə bağlı yanlış məlumat verib

Tural İbadlı Aqro | Sosial 05 aprel 2021
0
Özünüməşğulluq tədbirləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi tərəfindən vətəndaşlara verilmiş iribuynuzlu və xırdabuynuzlu heyvanların alış qiymətləri üzrə 2019-cu ilin göstəriciləri 2018-ci ilin müvafiq göstəricilərindən çox olub.
NewsCafe” xəbər verir ki, bu, “Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında öz əksini tapıb.
Qeyd olunub ki, 2018-ci ildə bağlanmış satınalma müqaviləsində heyvanların alınması üzrə nəzərdə tutulmuş şərtlərə tam əməl edilməyib, alınacaq heyvanların say tərkibi dəyişdirilsə də, alış qiymətləri saxlanılıb:
"Agentlik tərəfindən xırdabuynuzlu heyvanların satın alınması üçün təchizatçı ilə bağlanılmış müqavilələrdə, qiymət protokollarında və müvafiq biznes-planlarda nəzərdə tutulmuş şərtlərə tam əməl edilməyərək bəzi hallarda yüksək məhsuldarlıqlı heyvanlar satın alınmayıb, 2018-ci ildə vətəndaşlara bir çox hallarda ətlik danalar və toğluların verilməsi son nəticədə vətəndaşların özünüməşğulluğunun nəzərdə tutulduğu səviyyədə təmin olunmamasına şərait yaradıb, 2018-ci ildə alındığı rəsmiləşdirilib, lakin vətəndaşlara paylanılmamış 1400 baş toğlunun qalıq qismində qalması, yaxud əvəzləşdirilməsinə dair Agentliklə icraçı müəssisə arasında müvafiq rəsmiləşdirmə aparılmayıb".
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930