Son sutka ərzində Azərbaycanda daha 2 192 nəfər koronavirusa yoluxub

Tural İbadlı Səhiyyə | Sosial 10 aprel 2021
0
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “NewsCafe”yə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 33 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 283 579 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib. 30 687 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 912, bu günə qədər isə ümumilikdə 3 005 197 test icra olunub.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930