“Moskvaya göyərti qiymətinə toya getməyə dəyməz”

Tural İbadlı Şou 15 aprel 2021
0
Əkiz müğənnilər Sevil Sevinc Səfərovalar qalmaqala səbəb olacaq açıqlama veriblər.
NewsCafe” xəbər verir ki, “Səhər Mərkəzi” proqramına qonaq olan gənc ifaçılar pandemiya dövründə Rusiya toy bazarına daxil olan həmkarlarını qınayıblar.
Sevinc Səfərova qeyd edib ki, həmin müğənnilər Moskvaya toya göyərti qiymətinə gedirlər:
“Gileylənməyəcəm, sosial şəbəkələrdən qazanıram. Reklamlar, yutub hesabına dolanıram. Əvvəlki kimi deyil, amma Moskvaya göyərti qiymətinə toya getməyə dəyməz.
İnsan özünə, sənətinə qiymət verməlidir. Düşünməlisiniz ki, orada illərdi yaşayan, çalışan, maddi sərhədi aşmayan ifaçılar var. İndi gedənlər orada yaşayanlara mane olurlar. Elə bir qiymətə toya gedirlər ki... Baxıb deyir ki, onu bu qiymətə çağırmaqdansa, Azərbaycandan gələn 10 başqa müğənnini dəvət edərəm. Bu dərdi Allah bizə verib, dözməliyik. Lazım deyil ki, hamı ora köçsün. Pandemiya bitəcək, amma həmin müğənnilər yenidən toy qiymətini qaldıra bilməyəcəklər”.
Xatırladaq ki, bir neçə gün öncə müğənni Rəqsanə İsmayılova da Rusiyaya toya gedən qadın həmkarlarını sərt tənqid edərək onları hədələmişdi.
@Qafqazinfo.Az
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930