Səməd Səmədov: "Arvaddan qorxmayan kişi yoxdur"

Tural İbadlı Şou 15 aprel 2021
0
"Toy müğənnisiyəm. Toyda yaxınlaşıb nə mahnı istəyirlərsə, oxumalısan. Orada "yox" söhbəti olmamalıdır".
"NewsCafe" xəbər verir ki, bu sözləri Xalq artisti Səməd Səmədov "Fəlidən doğru xəbər" proqramında deyib. Müğənni oxuduğu mahnıların ələ salınmasına cavab verib.
S.Səmədov pandemiyada efirə çıxmamasından bəhs edib:
"Bir ildir efirə getmirdim. Artıq insanlar məni yadda çıxarırdılar. Heç gizli keçirilən toylara da getməmişəm".
Müğənni "Demisiz sağlam qalmağımın iki səbəbi var: həyat yoldaşım və idman. İndi hansıdır? Hansı olmasa, yola verməmək olar? Qorxursan arvaddan" sözlərinə "Qidanın, sənə qulluq edənin öz yeri var. İkisi də bir-birini tamamlayır. Arvaddan qorxmayan kişi yoxdur" cavabını verib.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930