Putinin müşaviri: "Azərbaycanın uğurlarına sevinirik"

Tural İbadlı Xarici xəbərlər | Sosial 21 aprel 2021
0
"Rusiya ilə Azərbaycan arasındakı münasibətlər mehriban qonşuluğun vacib nümunəsidir".
Bunu “Report”un Rusiya bürosuna Vladimir Putinin müşaviri Vladimir Vasilyev bildirib.
“Ortaq cəhətlərimiz çoxdur. Azərbaycanda birlikdə oxuduğum bir çox dostum var. Bu günədək əlaqələrimiz var”, - V.Vasilyev deyib.
O, pandemiya dövründə Dağıstanda Azərbaycanla sərhəddə apardığı işdən danışıb: “Pandemiya dövründə biz çox sıx əməkdaşlıq edirdik. Başqa cür ola bilməz, çünki qonşuyuq. Azərbaycanın uğurlarına sevinirik, diqqətlə izləyirik, problem yaşananda narahat oluruq. Hesab edirik ki, bu gün əlimizdə olan potensialı daha da səmərəli şəkildə reallaşdırmaq olar”.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930