İrəvanın ortasında Azərbaycan və Türkiyə bayraqları yandırıldı

Tural İbadlı Dağlıq Qarabağ münaqişəsi 23 aprel 2021
0
Ermənistan rəhbərliyi və siyasiləri son vaxtlar yenə də saxta əzabkeş obrazlarını dünyaya sırımaq üçün Azərbaycanı ermənifobiyada günahlandırırlar. Hətta, sübut etməyə çalışırlar ki, ermənilər türklərə-yəni bizlərə qarşı çox tolerantdırlar. Bu gün İrəvanda baş verən hadisə isə ermənilərin bu saxta tolerantlığını ifşa etdi və əsl sifətlərini göstərmiş oldular.
NewsCafe” erməni mediasına istinadən xəbər verir ki, Daşnaksütyun partiyası gənclər hərəkatının üzvləri, əllərində məşəl yürüş keçiriblər və yürüşdən əvvəl, 23 apreldə İrəvanın Azadlıq Meydanında Türkiyə və Azərbaycan bayraqlarını yandırıblar. İki ölkənin dövlət bayraqları yandırıldıqdan sonra "Mübarizə" şüarı səsləndirməyə başlayıblar.
Türkiyə və Azərbaycan bayraqları yandırıldıqdan sonra Daşnaksütyun gənclər hərəkatının üzvləri, onlara qoşulanlar və müxalifət qüvvələri qondarma “soyqırımı” rəsmi olaraq tanıyan ölkələrin bayraqlarını qaldıraraq Tsitsernakaberd abidəsinə doğru yürüş edib və "birlik, mübarizə, qələbə" şüarlarını səsləndiriblər.

@Moderator.az
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930