Bakıda yük kranının trosu qırıldı: bir ölü, bir yaralı var

Tural İbadlı Ölüm | Sosial 26 aprel 2021
0
Bakıda yük qaldıran qurğunun trosunun qırılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 1983-cü il təvəllüdlü şəxsin müalicəsi 3 saylı Şəhər Klinik Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Bu barədə "Report"a xəstəxanadan məlumat verilib.
Bildirilib ki, yaralı xəstəxanaya qabırğanın sınığı diaqnozu ilə daxil olub və hazırda vəziyyəti ağır olaraq qalır.
Bakıda çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosunun qırılması nəticəsində bir nəfər hadisə yerində ölüb, bir nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib ki, yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Təqvim
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930