Meliorasiya və Su Təsərrüfatı ASC-yə 1,82 milyon manat ayrıldı

Tural İbadlı Rəsmi xəbərlər | Şou 06 may 2021
0
Prezident İlham Əliyev "Bir sıra şəhər və rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
"NewsCafe" xəbər verir ki, sərəncamla əhalisi 60698 nəfər olan 6 şəhər və rayonun 23 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 26 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,82 milyon (bir milyon səkkiz yüz iyirmi min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı

Sıra
№-si
Şəhərin, rayonun adıQuyuların
sayı, ədəd
Yaşayış məntəqələrinin adıƏhalinin sayı, nəfər

Gəncə1Şıxzamanlı qəsəbəsi6773

Naftalan1Qaşaltı Qaraqoyunlu kəndi930

Yevlax3Hacımahmudlu kəndi635
Qaramanlı kəndi878
Nurallar kəndi247
Goranboy10Əlirzalı kəndi1248
Hazırəhmədli kəndi1183
Xınalı kəndi1061
Qaradağlı kəndi3723
Qaramusalı kəndi1181
Qızılhacılı qəsəbəsi (3 quyu)7206
Muzdurlar kəndi1596
Səfikürd kəndi4990

Göygöl5Balçılı kəndi2350
Quşqara kəndi (2 quyu)1698
Nadil kəndi1359
Səmədli kəndi470

Samux6Aşağı Ağasıbəyli kəndi522
Çobanabdallı kəndi3030
Hacıalılı kəndi1300
Qarayeri qəsəbəsi6299
Qovlarsarı kəndi1545
Samux şəhəri10474
Cəmi:262360 698
Oxşar xəbərlər
Təqvim
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31