"Space" TV-yə yeni rəhbər təyin olunub

Tural İbadlı Mədəni-Niyyət 20 may 2021
0
"Space" teleradio şirkətinə yeni rəhbər təyin olunub.
"NewsCafe" xəbər verir ki, bu vəzifəyə Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov gətirilib.
O, artıq şirkətin kollektivinə təqdim edilib.
Qeyd edək ki, M.Hətəmov 2011–2019-cu illərdə "Azərbaycanfilm" kinostudiyasının direktoru vəzifəsində çalışıb.
Xatırladaq ki, 2006-2021-ci illərdə "Space"in rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Sonra şirkətin rəhbər vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılmışdı.
Daha sonra bu vəzifəyə ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri Ülviyyə Mikayılova gətirilsə də, o, bir neçə gün sonra istefa verib.
Oxşar xəbərlər
Təqvim
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31