Azərbaycanda idman zallarının açılmasına razılıq verildi

Tural İbadlı İdman | Sosial 25 may 2021
0
Azərbaycanda iyunun 10-dan İdman və sağlamlıq bərpa müəssisələrinin fəaliyyətinə icazə veriləcək.
"NewsCafe"nin xəbərinə görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, COVID-19 pasportu, yəni sertifikatlardan birinin olması ilə idman sağlamlıq obyektlərinə girişə imkan veriləcək: "İlkin olaraq bu pasportlar yalnız idman sağlamlıq mərkəzinə girişə tətbiq ediləcək. Yoluxma risklərinin azaldılması məqsədilə işçilərin vaksinasiya və ya immunitet sertifikatının olması tələbi nəzərdə tutulur".
Oxşar xəbərlər
Təqvim
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31