BNA ləğv edilib, bu quruma birləşdirilir

Tural İbadlı Maraqlı 25 may 2021
0
Bakı Nəqliyyat Agentliyinin (BNA) müstəqil qurum kimi ləğvi prosesinə start verilib.
"NewsCafe"nin "Bakupost"a istinadən verdiyi məlumata görə, BNA Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdiriləcək.
BNA-nın nazirliyə birləşməsindən sonra qurumun hazırkı sədri Vüsal Kərimlinin taleyi isə bağlı hələlik qərar verilməyib.
Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti artıq uzun müddətdir ictimaiyyətin ciddi narazılığı ilə müşayiət olunur. Tıxacların qarşısını ala bilməyən, yalnız kosmetik işlərlə məşğul olan bu qurumun son zamanlar qeyri-şəffaf fəaliyyəti də hökumətin ciddi reaksiyasına səbəb olub. Təsadüfü deyil ki, BNA-nın daxilində olan ən böyük qurum – “Baku Bus” MMC qurumdan alınaraq, İnvestisiya Holdinqinə verildi və “Baku Bus” MMC-nin Müşahidə Şurası yaradıldı. Müşahidə Şurasının yaradılması isə bu qurumun maliyyə əməliyyatları ilə bağlı ciddi şübhələrdən irəli gəlir.
BNA-nın illik gəlirləri barəsində açıqlaması da ictimaiyyət və ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə BNA-nın keçirdiyi şübhəli tenderlər, sürücülər üçün uniformaya həddən artıq şişirdilmiş məbləğ xərclənməsi medianın və televiziyaların tənqidinə səbəb olub.
Oxşar xəbərlər
Təqvim
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31