Bakıdan Dubaya daha ucuz qiymətə uçmaq mümkün olacaq

Tural İbadlı İnfrastruktur | Sosial 08 iyul 2021
0
BƏƏ-yə məxsus “Wizz Air Abu Dhabi” aviaşirkəti 2021-ci il avqustun 14-dən etibarən Bakıya yeni marşrutun açılacağını bəyan edib.
NewsCafe” ərəb mətbuatına istinadən xəbər verir ki, yeni marşrutun açılması ilə aviaşirkətin uçuş istiqamətlərinin sayı 29-a çatacaq. Azərbaycanın rəsmi Əbu-Dabi üçün yaşıl siyahıda olması səbəbindən səyahət edən şəxslərin karantində qalmasına ehtiyac qalmayacaq.
Bakıya uçuşlar həftənin 2 günü – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək.
“Wizz Air Abu Dhabi” aviaşirkətinin icraçı direktoru Kis Van Şayk deyib: “Biz öz marşrut şəbəkəmizə yeni və maraqlı istiqamətləri əlavə etməkdə davam edirik. Bakı başqa şəhərlərə bənzəmir. Mədəniyyətlərin unikal kəsişməsinə malik bu şəhər hər kəsə qonaqpərvərlik və tarixdən tutmuş yemək və içkilərədək geniş müxtəliflik təklif edir. Bütün dünyada məhdudiyyətlər yumşaldıqca səyahət etmək istəyənlərə səyahət üçün daha böyük imkanlar təqdim etməkdə davam edirik. Tezliklə sizi təyyarələrimizdə gözləyirik”.
“Wizz Air Abu Dhabi” aviaşirkəti ən aşağı yanacaq sərfiyyatı, tullantı və səs göstəricilərinə malik ən müasir 4 “Airbus A321neo” təyyarəsindən ibarət ən gənc hava donanmasına malikdir.
@Report.Az
Oxşar xəbərlər
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031