Sabirabadda qadını zorlayanlar həbs edildi

Tural İbadlı Əməliyyat-axtarış | Sosial 14 iyul 2021
0
Bu il iyunun 12-də saat 22 radələrində yaşadığı evdə tək olarkən rayonun Həşimxanlı kənd sakini 1977-ci il təvəllüdlü N.M.-in yaşadığı evdə həmkəndliləri Faiq Əmrahov Əvəz Əmrahov tərəfindən zorlanması ilə bağlı N.Məmmədovanın müraciəti əsasında Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılıb.
"NewsCafe"nin Sabirabad Rayon Prokurorluğundan əldə etdiyi məlumata görə, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.1-ci (Zorlama bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Faiq Əmrahov və Əvəz Əmrahov cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və hazırda istintaq rayon prokurorluğunda davam etdirilir.
Oxşar xəbərlər
Təqvim
«    İyul 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031