“Angry Birds”ü yaradan şirkət Türkiyədəki rəqibini alır

Tural İbadlı Xarici xəbərlər 12 avqust 2021
0
Dünyanın ən populyar oyunlardan biri olan “Angry Birds”ün inkişaf etdiricisi Finlandiyanın “Rovio” şirkəti ən çox yüklənən oyun olan Türkiyədəki “Hunter Assassin”in inkişaf etdiricisi “Ruby Games”in bütün səhmlərini almaq üçün razılıq əldə edib.
NewsCafe” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, alqı-satqı əməliyyatı bir neçə mərhələdə həyata keçiriləcək və ilk mərhələdə “Rovio” 10 milyon dollara “Ruby Games”in 20%-lik səhm paketinə sahib olacaq. İlk əməliyyatın bu ilin III və yaxud IV rübündə tamamlanması gözlənilir.
Növbəti alqı-satqının isə Finlandiya şirkətinin vergidən əvvəlki mənfəəti və bu ilin gəlirləri nəzərə alınmaqla 2022-ci ilin oktyabr ayında keçirilməsi planlaşdırılır. İkinci tranşda “Rovio” 80 milyon dollara türk şirkətinin səhmlərinin daha 50%-ni satın alacaq. Ödənişin 60%-i nağd, 40%-i isə “Rovio”nun səhmləri formasında həyata keçiriləcək.
“Ruby Games”in səhmlərinin qalan 30%-i isə gələcək 5 il ərzində alınacaq. Bu zaman ödənişin 50%-i nağd, digər hissəsi isə “Rovio”nun vergidən əvvəlki mənfəəti və gəlirləri nəzərə alınmaqla nağd və səhm qarşılığında həyata keçiriləcək.
Oxşar xəbərlər
Təqvim
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031