İlham Əliyev Moldova Prezidentini təbrik edib

Tural İbadlı Rəsmi xəbərlər | Sosial 26 avqust 2021
0
Prezident İlham Əliyev Moldova Respublikasının Prezidenti Maya Sanduya təbrik məktubu göndərib.
"NewsCafe"nin xəbərinə görə, təbrik mətnində deyilir:
"Hörmətli xanım Prezident,
Dost Moldova Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Xoş ənənələrə malik Azərbaycan-Moldova münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur. Əminəm ki, xalqlarımızın rifahı naminə dostluq əlaqələrimizin möhkəmləndirilməsi, birgə əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində səylərimizi bundan sonra da əsirgəməyəcəyik.
Belə bir əlamətdar tarixdə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Moldova xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Oxşar xəbərlər
Təqvim
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031