Son sutkada 31 nəfər koronavirusdan vəfat edib

Tural İbadlı Səhiyyə | Sosial 26 avqust 2021
0
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 714 yeni yoluxma faktı qeydə alınıb, 2 470 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan "NewsCafe"yə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 405 542 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 353 140 nəfər müalicə olunaraq sağalıb, 5 434 nəfər vəfat edib. 46 968 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 247, bu günə qədər isə ümumilikdə 4 379 510 test icra olunub.
Oxşar xəbərlər
Təqvim
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031