Nazir yeni yaradılan agentliyə sədr təyin etdi

Tural İbadlı Elm-Təhsil 06 sentyabr 2021
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinə sədr müavini vəzifəsinə təyinat olub.
"NewsCafe" xəbər verir ki, təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə sədr müavini vəzifəsinə Fərid Osmanov təyin olunub.
Qeyd edək ki, Fərid Osmanov 2004-2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr, Hökümətlərarası Təqaüd Proqramları çərçivəsində 2018-2019-cu illərdə isə Koreya İnkişaf İnstitutu İctimai Siyasət Məktəbində isə magistr təhsili alıb.
2011-2014-ci illərdə “Bakcell” MMC şirkətində, 2014-2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazırliyinin audit şöbəsində , 2020-ci ildə Sumqayıt Texnologiyalar Parkında və 2020-2021-ci illərdə Türkiyə Respublikasının “Molen Group” şirkətində müxtəlif vəzifələrdə çalışıb.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930