Tarix üzrə fəlsəfə doktoru Yəhya Babanlının doğum günüdür

Tural İbadlı Elm-Təhsil | Sosial 30 sentyabr 2021
Bu gün tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert. "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təsisçisi Yəhya Babanlının doğum günüdür.
 
"NewsCafe" xatırladır ki, 1981-ci il sentyabr ayının 30-da Naxçıvan MR, Ordubad rayonunda ziyalı ailəsində anadan olub. 1999–2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinin bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.
 
2011–2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində ikinci ali təhsil alıb. 2015-ci ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda "Azərbaycan diasporunun dövlətlərarası münasibətlərin inkişafında rolu (1991–2011)" mövzusunda dissertasiya işini müdafiə edib. 2017-ci ildə ADA Universitetində XI Bakı Yay Enerji Məktəbi kursunu keçib. 2010-cu ildə BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası və 2011-ci ildə Avropa İttifaqının Cənubi Qafqazda İnteqrə edilmiş sərhəd idarəçiliyi Proqramı üzrə Seminarların Sertifikatlarını alıb. 2013-cü ildə "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyini təsis edib. 2003–2005-ci illərdə Azərbaycan Respublikası "Uşaq və Tələbə Gənclər Dünyası" İctimai Birliyinin Səbail rayon Təşkilatının sədri və Beynəlxalq əlaqələr departamentinin rəhbəri olub. 2006–2007-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun "İctimai fənlər" kafedrasında laborant, baş laborant, müəllim vəzifəsində işləyib və Tələbə Elmi Cəmiyyətinə sədrlik edib.
 
2007–2008-ci illərdə Ukraynada elmi ezamiyyədə olmuş, Azərbaycan diasporunun inkişafına yaxından xidmət göstərmiş, Donetsk Vilayəti Azərbaycanlıları Konqresinin Gənclər Parlamentinin sədri və "Konqres Azərbaycan" qəzetinin baş redaktoru olmuşdur. 2008–2010-cu illərdə Azərenerji ASC-nin İşlər İdarəsində, ASC prezidentinin "Köməkçi xidməti"ndə aparıcı mühəndis vəzifəsində işləyib və ASC-nin Mətbuat Xidmətinin rəis müavini olub. 2010–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsində baş inspektor vəzifəsində işləyib. 2012-ci ildən Odlar Yurdu Universitetinin "Dövlət hüququ" kafedrasının müəllimidir. 2013–2015-ci illərdə "Həmrəy" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinə sədrlik edib.
 
2015–2015-ci illərdə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Mətbuat katibi işləyib. 2016–2019-cu illərdə "Azərenerji" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi olub. 2019–2019-cu illərdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinə rəbbərlik edib. 30-dan çox elmi-publisistik məqalənin, 4 dərs proqramının, 2 dərs vəsaitinin və 1 dərsliyin müəllifidir. "Azərbaycan Respublikasının xarici siyasəti və diaspor fəaliyyəti" və "Diasporologiya. Yeni elm sahəsi." adlı monoqrafiyaları çapdan çıxıb.
 
"Dünya Azərbaycanlılarının Palitrası" kitabının məsləhətçisidir. Azərbaycan Respublikasında gənclər siyasətinin inkişafındakı xidmətlərinə görə bir sıra Fəxri Fərman və Diplomla təltif olunub. "Vışka" qəzetinin Redaksiya heyətinin üzvüdür.
Oxşar xəbərlər
Təqvim
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930