Xocavəndə qanunsuz gedən polis həlak oldu

Tural İbadlı Qətl | Siyasət 11 oktyabr 2021
0
Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşı, polis çavuşu Toğrul Mədətli xidmətdən kənar vaxtı elektirik cərəyanı vurması nəticəsində vəfat edib.
"NewsCafe" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elşad Hacıyev məlumat verib.
Elektrik cərəyanı vurması nəticəsində baş verən ölüm faktı ilə əlaqədar araşdırmalar aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Kriminalqafqaz"ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 10-da saat 02 radələrində 1998-ci il təvəllüdlü Cəbrayıl Rayon Polis Şöbəsinin polis serjantı Toğrul Mədətlinin meyitinin Xocavənd rayonunun Binə Dərəsi kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, Toğrul Mədətli xidmətdən kənar vaxtda istintaqa məlum olmayan səbəbdən Xocavənd rayonuna gedib və rayonun Binə Dərəsi kəndi ərazisində elektrik cərəyanı vurması səbəbindən ölüb. 
Faktla bağlı hazırda Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031