Çingiz Abdullayev I Qarabağ müharibəsi haqda fikirlərinə aydınlıq gətirdi

Tural İbadlı Maraqlı 02 noyabr 2021
0
Xalq yazıçısı Çingiz Abdullayev “Birinci Qarabağ müharibəsi olmayıb, yalandır” fikrinə aydınlıq gətirib.
NewsCafe” xəbər verir ki, o, feysbuk hesabında paylaşdığı videoda məsələ ilə bağlı bunları deyib:
“Danışanda dedim ki, hələ bir il bundan öncə mən rus telekanallarında bizim qonşularımızdan danışanda onlar mənə dedilər ki, siz ticarət xalqısınız, biz isə əsgər xalqıyıq. Ona görə birinci müharibədə biz sizə qalib gəlmişik və nə qədər torpağınızı almışıq. İndi bəziləri qəsdən deyir ki, Çingiz şəhidlərə hörmətsizlik edir. Hamısı yalandır. Çünki şəhidlərin arasında mənim bir neçə qohumum var. Mənim Şuşada həlak olan qardaşım var. Ümumiyyətlə, həmişə demişəm ki, biz neçə min şəhid itirmişik, Allah onların hamısına rəhmət eləsin. Ona görə ki, onlar hamısı qəhrəmandırlar.
Niyə görə? Onlar silahsız, tanksız, topsuz mübarizə aparırdı. Yalnız Ağdamda 6 min insan həlak olmuşdu. Amma mən niyə bununla razılaşmıram ki, eyni müharibə olub? Ona görə ki, 20, 30, 40 ildən sonra nəvələrimiz bizdən soruşacaq: “Xocalıya gələndə niyə ordumuz onu müdafiə etməyib?”. Baxmayaraq ki, Xocalıda 4 Milli Qəhrəman olub. Ona görə ki, o vaxt ordumuz olmayıb. Qəhrəmanlar çox olub. Neçə min insan itirmişik. Bir milyon qaçqın olub. Torpaqlarımızın 20%-ni itirmişik. Əgər o vaxt ümummilli liderimiz Heydər Əliyev gəlməsəydi, bəlkə, daha çox itirərdik. O, bizi xilas etdi, müharibəni dayandırdı. Biz isə o vaxt Bakıda yalnız hakimiyyət mübarizəsini fikirləşirdik və bizim könüllü batalyonlarımız cəbhədə vuruşurdu.
Ona görə mən qonşularımızla qəti razı ola bilmərəm. Biz ticarət xalqı deyilik, biz qəhrəman xalqıyıq. Nə qədər şəhid o müharibədə və 3 minə yaxın şəhid bu müharibədə vermişik. Amma bu axırıncı müharibədə bizim müstəqil ordumuz, bizim iqtisadiyyatımız, pulumuz, imkanımız, Prezidentimiz və onun iradəsi olub. Ona görə mən bunu dedim. Bunu hələ bir il bundan öncə demişdim və 1 ay bundan öncə yazmışdım. O vaxt oxuyanlardan heç kim buna fikir vermədi. Bu videonu qəsdən belə çəkiblər ki, birinci hissə orada olmasın. Amma baxın orada (çıxış etdiyi tədbiri nəzərdə tutur-red.) neçə yüz adam oturmuşdu. Onlardan soruşun ki, necə olub və necə danışmışam”.
Xatırladaq ki, Xalq yazıçısının Sumqayıtda oxucuları ilə görüşdə Birinci Qarabağ Müharibəsi haqda dediyi fikirləri müzakirələrə səbəb olmuşdu: “Birinci Qarabağ Müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb”.

@Qafqazinfo.Az
Oxşar xəbərlər
Təqvim
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930