Qazaxıstanda talanlardan sahibkarlara 200 milyon dollar ziyan dəyib

Tural İbadlı Xarici xəbərlər | Sosial 09 yanvar 2022
0
Qazaxıstanın daxili işlər naziri vəzifəsini müvəqqəti icra edən Erlan Turqumbayev bildirib ki, ölkədə baş verən iğtişaşlar zamanı qarətçilər 100-dən çox iri ticarət obyektini və bankı talayıblar, ilkin ziyan 200 milyon ABŞ dollarına yaxındır.
"NewsCafe" xəbər verir ki, bu barədə o, "Xabar 24" telekanalının efirində bildirib.
"Ölkədə iğtişaşlar zamanı bütövlükdə 400-dən çox avtomobil, o cümlədən daxili işlər orqanlarının 346 nəqliyyat vasitəsinə zərər vurulub və məhv edilib. Talançılar 100-dən çox iri ticarət və bank obyektini talayıblar. İlkin ziyan 87 milyard təngədən (təxminən 200 milyon ABŞ dolları-red) çoxdur", - E.Turqumbayev qeyd edib.
O qeyd edib ki, polis əməkdaşları və hərbi məktəbin kursantları döyülüb, təzyiqlərə məruz qalıb.
Oxşar xəbərlər
Təqvim
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31